• Bakı 19° C

    11.33 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

"Son zəng"də şagirdlər kriminal mahnılar oynayırlar - Ekspert

CƏMİYYƏT

19 Aprel 2024 | 09:15

Son zəngdə şagirdlər kriminal mahnılar oynayırlar - Ekspert

“Bu gün məktəblərin son zəngində şagirdlər kriminal aləmə məxsus mahnılara oynayırlar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Məktəblərdə baş verən anormal hadisələrin səbəbləri, hüquqi boşluqlar və çıxış yolları” mövzusuna həsr olunan vebinarda çıxış edən təhsil eksperti Elşən Qafarov deyib.

Onun sözlərinə görə, bu il ərzində ümumitəhsil müəssisələrində baş verən hadisələr arasında ölümlə və ya yaralanma ilə nəticələnən bıçaqlanma, təhqir, fiziki və psixoloji zorakılıqla bağlı faktlara sıx rast gəlinib. Bu isə ümumitəhsil müəssisələrinin idarə olunmasında mövcud olan boşluqların nəticəsidir.

“Bu gün təhsil müəssisələrində yaşanan neqativ hadisələr illər öncə yaranmış situasiyanın təzahürüdür. Belə ki, 2000-ci illərdən başlayaraq məktəblərimizdə kütləvi olaraq rüşvətxorluq hökm sürməyə başladı. Xüsusən də 2005-2014-ci illəri əhatə edən dövr ərzində rüşvətxorluq adi hala çevrilmişdi. Bu isə müəllimlərə olan inamın sarsılmasına yol açdı”. - deyə ekspert vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 May 2024