• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ağdamda yol qəzası olub - ölən və xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

01 May 2024 | 15:48

Ağdamda yol qəzası olub - ölən və xəsarət alanlar var - YENİLƏNİB

Ağdamda ölümlə nəticələnən yol qəzasında 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Əliyev Fateh Xaliq oğlu, 1966-cı il təvəllüdlü Əliyev Vidadi Süleyman oğlu, 1992-ci il təvəllüdlü Səfərli Türkan Əlihikmət qızı, 1998-ci il təvəllüdlü Qəribli Nüvər Zaur qızı və 1991-ci il təvəllüdlü Quliyeva Pərvanə Qüdrət qızı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    İlkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndəriliblər.

    Qeyd edək ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü Zülfiyyə Zeynallının öldüyü bildirilir.

    ***

    14:44

    Ağdamda yol qəzası olub.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 02-BU-150 nömrə nişanlı "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb. Xəsarət alanların olduğu bildirilir.

      DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

      Bildirib ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      21 Noyabr 2026