• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İyunda ardıcıl 5 gün iş OLMAYACAQ

CƏMİYYƏT

01 May 2024 | 16:15

İyunda ardıcıl 5 gün iş OLMAYACAQ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür.

    Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləiliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026