• Bakı 13° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Balakəndə bir ayda 542 sürücü inzibati məsuliyyətə cəlb olunub

HADİSƏ

02 May 2024 | 08:41

Balakəndə bir ayda 542 sürücü inzibati məsuliyyətə cəlb olunub

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 26, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, son 1 ayda təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, dayanma-durma və yükdaşıma qaydalarını pozan, eləcə də digər kobud qayda pozuntuları törədən 542 sürücü inzibati məsuliyyətə cəlb olunub.

    Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.


    SON XƏBƏRLƏR

    16 May 2024