• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycan nefti UCUZLAŞDI

İQTİSADİYYAT

02 May 2024 | 09:07

Azərbaycan nefti UCUZLAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,47 ABŞ dolları, yaxud 2,77 % azalaraq 86,63 ABŞ dolları təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 83,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026