• Bakı 14° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Norveç səyyahları Qarabağ və Şərqi Zəngəzura getdilər

CƏMİYYƏT

02 May 2024 | 09:16

Norveç səyyahları Qarabağ və Şərqi Zəngəzura getdilər

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik heyəti ilk olaraq işğaldan azad edilmiş Füzuli Beynəlxalq Hava Limanında olublar.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar daha sonra Füzuli şəhərinə gəliblər.

    Onlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Həmçinin şəhərdə aparılan tikinti-quruculuq işləri barədə onlara məlumat verilib.

    Səyyahlar öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olublar.

    ***

    08:21

    Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - "Vagaclub"un 30 nəfərdən ibarət heyətinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, dünya səyyahı Corn Auqestadın rəhbərlik etdiyi səyyahlar Qarabağ və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar.

    Onlara Ermənistanın mina terroru, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumatlar veriləcək, eyni zamanda uzun illər sonra öz doğma yurdlarına qayıdan sakinlərin yaşayışı şəraiti ilə tanış olmaq imkanı qazanacaqlar.

    Səyyahların Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Laçın şəhərlərinə səfərləri nəzərdə tutulub.


    SON XƏBƏRLƏR

    16 May 2024