• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sosial şəbəkələrdə ən çox izlənilən klublar bunlardır

DÜNYA

14 Iyun 2023 | 09:47

Sosial şəbəkələrdə ən çox izlənilən klublar bunlardır

Sosial şəbəkələrdə ən çox izlənilən klublar bəlli olub.

Bakıvaxtı.az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İspaniyanın "Real Madrid" klubu başçılıq edir.

Madrid təmsilçisinin ümumilikdə 363 milyon abunəçisi var. Bunlardan 79,9 milyonu tviter, 135 milyonu instaqram, 117 milyonu feysbuk, 30,8 milyonu isə tik-tok platformasındadır.

İkinci yerdə 342 milyon izləyici ilə (tviter - 82,8; instaqram - 119; feysbuk - 112, tik-tok - 28,3) İspaniyanın digər nəhəng klubu "Barselona" qərarlaşıb. İlk "3-lüy"ü 206 milyonla İngiltərə "Mançester Yunayted"i (tviter - 41,5; instaqram - 61,5; feysbuk - 80,8; tik-tok - 22,4) qapayır.

Türkiyə çempionu "Qalatasaray" 40,1 milyon (tviter - 13,9; instaqram - 12,6; feysbuk - 12; tik-tok - 1,6) izləyici ilə 18-ci, digər İstanbul təmsilçilərindən "Fənərbağça" 29,8 milyonla (tviter - 11,4; instaqram - 8,7; feysbuk - 8,6; tik-tok - 1,1) 21-ci, "Beşiktaş" 17,6 milyonla (tviter - 6,1; instaqram - 5,5; feysbuk - 5,4; tik-tok - 0, 6) 33-cü sıradadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026