• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ankara Moskvaya izahat verdi

DÜNYA

13 Iyul 2023 | 23:27 | Müəllif: Subhan Mahmudov

Ankara Moskvaya izahat verdi

Türkiyə ölkədə sığınan “Azov” döyüçülərinin Ukraynaya qaytarılmasının ölkələr arasında razılaşmanın pozmadığını Kremlə izah edib.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik "Habertürk"də aparıcı Mehmet Akif Ersoyun suallarını cavablandırarkən bildirib.

“Türkiyənin razılaşmanı pozmaq niyyəti olmadığı izah edilib. Türkiyə savaşı daha da alovlandırmaq niyyəti olmayan, bəlkə də, yeganə ölkədir”, - o vurğulayıb.

Onun sözlərinə görə, “bu cür durumlarda yanlış anlaşılma olur”:

“Rusiya tərəfinə izah edilib. Gördüyünüz kimi, o gərginlik yoxdur. Həmən Peskov “Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün çalışmağa hazırıq” kimi bir açıqlama verdi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026