Malatyanın Yeşilyurt rayonunda bir dəqiqədə ardıcıl iki zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Rəhbərliyi (AFAD) açıqlayıb.
Zəlzələnin maqnitudası 4.8 balla qiymətləndirilib. Təbiət hadisəsi yerin 6,35 kilometr dərinliyində qeydə alınıb.
İkinci zəlzələ isə 7 kilometr dərinlikdə baş verib və 4.5 bal gücündə olub.
















