• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Türkiyədə 12 terrorçu ələ keçirildi

DÜNYA

11 Sentyabr 2023 | 15:24 | Müəllif: Subhan Mahmudov

Türkiyədə 12 terrorçu ələ keçirildi

Yunanıstan və Suriya sərhədlərində 12 nəfər ələ keçirilib ki, onlardan 10-u terror təşkilatının üzvüdür. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Nazirlik sərhədlərdə keçirilən əməliyyatla bağlı sosial media hesabında açıqlama verib.

“Sərhədlərimizin təhlükəsizliyi məqsədilə qeyri-qanuni keçid etmək istəyənlərə qarşı mübarizəmiz davam edir. Sərhəd qartallarımız ölkəmizdən Yunanıstana və Suriyadan ölkəmizə qeyri-qanuni yollarla keçmək istəyən 12 nəfəri saxlayıblar. Onlardan beşinin PKK/KCK/PYD-YPG, dördünün FETÖ, birinin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib”, - deyə açıqlamada bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026