Qəzza zolağında ölənlərin sayı artır.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində ölənlərin sayı 1055-ə çatıb. Xəsarət alanların sayı isə 5184 nəfərə yüksəlib.
***
10:39
Qəzza zolağında İsrail-Həmas qarşıdurması nəticəsində ölən fələstinlilərin sayı 950 nəfərə çatıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, daha 5000 nəfər isə yaralanıb.
Ən son məlumata görə, İsrail ərazisində həlak olanların sayı isə 1200-ü ötüb.
Xatırladaq ki, daha əvvəl yayılan məlumatda ölü sayının 900-ə çatdığı bildirilirdi.
















