• Bakı 24° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

"Terrorçulara göz açmağa imkan vermirik” - Ərdoğan

DÜNYA

11 Oktyabr 2023 | 13:58

"Terrorçulara göz açmağa imkan vermirik” - Ərdoğan

"İraq və Suriyanın şimalında terrorçulara göz açmağa imkan vermirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki fraksiyasının toplantısında bildirib.

O söyləyib ki, Ankara terrorla mübarizəni qətiyyətlə davam etdirəcək: “Bu məsələdə qarşımıza çıxanların da cavabını verəcəyimizə heç kimin şübhəsi olmasın. Türkiyə müttəfiq olduğu hər dövlətin hüquq və haqqına hörmətlə yanaşır. Onlardan da Türkiyəyə münasibətdə bunu gözləyirik. Biz səmimiyyətlə müttəfiqlərimizlə birgə fəaliyyət göstərmək istəyirik. Biz min illərdir bu torpaqlarda qurban verib yaşayırıq. Türkiyə etnik, dini və məzhəb toqquşmaları bölgəsində yerləşir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026