Paris polisi Eyfel qülləsində partlayış xəbərinə görə insanları təxliyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BFMTV telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Təxliyənin yerli vaxtla günorta radələrində aparıldığı deyilir: "Şənbə günü günorta saatlarında Eyfel qülləsinin üç mərtəbəsi və ətrafı bomba xəbəri aldıqdan sonra boşaldılıb".
Hadisə yerinə istehkamçılar gəlib.















