Rusiya müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.
Bakıvaxtı.az bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb.
Nazirliyin məlumatında bildirilib ki, S.Şoyqunun Şimali Koreyaya səfəri Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.
O da qeyd edilib ki, Rusiya heyətinin səfəri iki ölkə arasında münasibətlərin inkişafına səbəb olacaq.
















