• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Priqojinin təyyarəsi qəzadan əvvəl necə uçub? - HESABAT

DÜNYA

24 Avqust 2023 | 09:46 | Müəllif: Subhan Mahmudov

Priqojinin təyyarəsi qəzadan əvvəl necə uçub? - HESABAT

Tver vilayətində qəzaya uğrayan iş adamı Yevgeni Priqojinə məxsus "Embraer Legacy 600" təyyarəsi səkkiz kilometrdən çox qalxıb, bundan sonra sürətlə hündürlüyünü itirməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Flightradar24" uçuş izləmə xidmətinin hesabatında deyilir.

Nəqliyyatın yeri haqqında məlumat ötürməməsinə baxmayaraq, "Flightradar24" uçuş hündürlüyündəki dəyişiklikləri və təyyarənin sürətini izləyə bilib. Belə ki, biznes-jet Moskva vaxtı ilə saat 18:10-da 8,5 kilometr hündürlüyə qalxıb. Yerdən bu məsafədə saat 18:19-a qədər uçduğu deyilir.

Daha sonra təyyarə kəskin şəkildə maksimum 9,2 kilometr yüksəkliyə qalxıb, bir müddət sonra isə altı kilometrə düşüb. Saat 18:20-dən sonra nəqliyyat məlumat ötürülməsini dayandırıb.

"Flightradar24"ün sözçüsü Yan Petçenik bildirib ki, "Embraer Legacy" uçuşun 30 saniyəsində 2,4 kilometr yüksəklik itirib./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026