"Çox duyğusal insanam, 2 gündür özümə gələ bilmirəm. Göz yaşlarımı saxlaya bilmirəm. Allah özü kömək olsun türk millətinə. Ölənlərə Allahdan rəhmət, bütün türk dünyasına səbr diləyirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.
Ötən gün Türkiyədə baş verən zəlzələdən yazan aktrisa "Türkiyə xalqı, acınız acımızdır. Çox böyük kədər... Sözün bitdiyi an. Yaşadığımız günlərin hər saniyəsinə şükür edib, insani keyfiyyətlərlə yaşayaq. Bir saniyədən sonra nə olacaq bilinmir. Vətənimizə, yaşadığımız torpağa, böyüklərimizə, yediyimiz çörəyə, şükür edək. Allahı unutmayaq" sözlərini əlavə edib.
















