• Bakı 16° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ

CƏMİYYƏT

07 May 2024 | 09:13

Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ

Son günlər uşaqlar arasında infeksiyaya yoluxma halları artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu infeksiya streptokok tərəfindən törədilən xəstəliklərdir.

Bəs görəsən bu infeksiya nədir və ondan qorunmaq üçün nəyə diqqət etmək lazımdır?

Vaqif Qarayev, Pediatr

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında pediatr Vaqif Qarayev bildirib ki, streptokok törədicidir və onlar müxtəlif olur. Onun sözlərinə görə, indi yayılan streptokokun bir növü tərəfindən yoluxdurulan skarlatinadır və ondan əlavə aycıca streptokok tərəfindən törədilən bir infeksiya var. Ancaq skarlatina tanınan xəstəlikdir:

“Qızdırma, angina, bədəndə səpkilər kimi çox xarakterik simptonları var. Boğaza baxanda elə bil ki, yanır, parlaq qızartı görünür, dil bildiyimiz moruğa bənzəyir. Sifətin qızartılı və səpkili fonunda ağız ətrafı avazıyır. Dümağ olur. Yəni ağız ətrafı ağdır, amma sifət yanar qırmızı fonda səpkilidir”.

Pediatr bunun digər səpkili infeksiyalardan fərqli olduğunu qeyd edərək söyləyib ki, bu zaman nöqtəvari səpkilər olur və biz buna skarlatina deyə bilərik.

Müsahibimiz streptokok tərəfindən törədilən başqa infeksiyalarda belə əlamətlərin olmadığını nəzərimizə çatdırıb:

“Səpki olacaq, boğazda ağrı olacaq, amma belə gözə girən angina görmürük: dil moruğa bənzəmir, ağ ərplə örtülə bilər, amma qırmızı hissəciklər olmur”.

Bu əlamətlər olarsa, uşağı həkimə apararaq yaxma götürülməsini valideynlərə məsləhət görən V.Qarayev bunun müalicəyə tabe olan və müalicə ilə idarə olunan bir xəstəlik olduğunu deyib. Bildirib ki, mütləq antibiotik təyin olunmalıdır.

Həmsöhbətimiz skarlatinanın çox ciddi fəsadlarının olduğunu da qeyd edib və ən çox ürəyə və böyrəyə ağırlaşmalar verdiyini söyləyib.

“Sadəcə valideynlər bilməlidir ki, qızdırma, səpki, boğazda ağrı varsa dərhal həkimə müraciət olunmalıdır ki, vaxtında antibiotik müalicəsi başlanılsın və fəsadlarla qarşılaşılmasın”.

Qoşqar İsmayılov, Pediatr

Pediatr Qoşqar İsmayılov Bakıvaxtı.az-a bildirib ki, streptokok infeksiyaları bizim ağız boşluğumuzda qeyri-patogen halda yaşayır.

Onun sözlərinə görə, immum sistemi zəifləyəndə, müəyyən viruslar keçirəndə onlar aktiv hala, patogen hala keçir və müxtəlif xəstəliklərə səbəb olur:

“Xüsusən də ağız boşluğunda yuxarı tənəffüs yollarının xəstəlikləri məsələn anginaya, tonzilitlərə, xüsusəndə irinli tonzilitə səbəb ola bilər. Ona görə vaxtında həkimə müraciət etmək lazımdır”.

Bu infeksiyanın bakterial infeksiya olduğunu deyən Q.İsmayılov valideynlərə uşaqları düzgün qidalandırmağı, yuxu rejiminin normal olmasına diqqət etməyi məsləhət görür.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 May 2024