• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Baş prokuror beynəlxalq konfrans iştirakçıları ilə görüşüb - FOTOLAR

CƏMİYYƏT

05 Iyun 2024 | 18:52 | Müəllif: Subhan Mahmudov

Baş prokuror beynəlxalq konfrans iştirakçıları ilə görüşüb - FOTOLAR

Baş prokuror Kamran Əliyev Azərbaycanda “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasından olan qonaqları salamlayan Baş prokuror tarixi bağları və ortaq dəyərləri olan qardaş və dost türk dövlətlərinin müxtəlif qurumları, o cümlədən prokurorluq orqanları arasında əlaqələrin gücləndirilməsinin önəmli olduğunu bildirib.

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Bakıda 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılmasının bu istiqamətdə atılan mühüm addımlardan biri olduğu vurğulanıb. Şuranın üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəyi qeyd olunub.

Baş prokuror böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq mühafizə orqanlarının akademik dairələri arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmaqla, keçirilmiş konfransın müasir zamanın tələblərinə uyğun hüquq tətbiqetmə sahəsində rəqəmsallaşma üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.


Baş prokuror beynəlxalq konfrans iştirakçıları ilə görüşüb - FOTOLARBaş prokuror beynəlxalq konfrans iştirakçıları ilə görüşüb - FOTOLARBaş prokuror beynəlxalq konfrans iştirakçıları ilə görüşüb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026