• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Su-25ML tipli təyyarələrdən təlim atışları icra edildi - VİDEO

CƏMİYYƏT

27 Noyabr 2023 | 12:07 | Müəllif: Qalib İbrahimoğlu

Su-25ML tipli təyyarələrdən təlim atışları icra edildi - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Verilən xəbərə görə, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.

Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.

Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR