• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sudan qanunsuz istifadə hansı sahələrdə rast gəlinib?-Açıqlama

CƏMİYYƏT

17 Iyun 2021 | 16:27

Sudan qanunsuz istifadə hansı sahələrdə rast gəlinib?-Açıqlama

 

AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləridavam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu”ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Xəzər rayonunda içməli sudan uçotsuz vəsayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, sudan qanunsuz istifadə əsasən bağ evləri və həyatyanı sahələrdə rast gəlinib. Nəzarət tədbirləri zamanı bəzihəyətlərdə su sayğaclarını yararsız hala salındığı, bəzi həyətlərdə isəquraşdırılmış sayğacların yerində olmadığı aşkarlanıb. 2012-2014-cü illərdə Xəzər rayonunun Türkan qəsəbəsininbir hissəsində dövlət investisya layihəsi çərçivəsində mərkəzləşdirilmiş su təchizatışəbəkəsi yaradılıb, layihənin əhatə etdiyi ərazidə yaşayış evlərinə, obyektlərəbirləşmə verilib və sayğaclar quraşdırılıb. Bütün bunlara baxmayaraq bəzi vətəndaşlarvə sahibkarlar paylayıcı şəbəkəyə özbaşına qoşulmalarla və ya sayğacdankənar çəkilmişxətlərlə sudan qeyri-qanuni istifadə ediblər. Qəsəbədəki istixananın su təchizatısisteminə baxış keçirərkən məlum olub ki, sahibkar paylayıcı şəbəkəyə 32 mmdiametrli boru ilə əlavə qoşulma edib. Xəzər rayonunun Buzovna qəsəbəsində bəzi ünvanlardaoxşar vəziyyət müşahidə olunub. Qəsəbənin bir hissəsində mərkəzləşdirilmiş su təchizatışəbəkəsi yaradılıb, insanların içməli suya olan tələbatı ödənilib. Amma yenə dəbəzi şəxslər yeni şəbəkəyə müdaxilə edərək qanunsuz su xətləri çəkiblər. Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmişxətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyanhesablanaraq ödənişə yönəldilib.Vətəndaşlarıbir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunaziddhalların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuzistifadəyə görə dəymiş ziyan hesablanacaq və hər bir hal üzrə hüquq-mühafizəorqanlarına müraciət olunacaq.Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarındasudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 7682, Xəzər rayonu üzrə isə 902 fakt aşkarlanıb. Buhallar üzrə müvafiq olaraq, 2 mln 55 min kubmetr, Xəzər rayonu üzrə isə 217 minkubmetr həcmində sərfiyyat bərpa olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR