“Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını açıq şəkildə bildirməsi o deməkdir ki, biz, sülhə çox yaxınıq. İndi Paşinyan gözləyir ki, Vaşinqton prosesi ilə bağlı Azərbaycanın etdiyi düzəlişlər Ermənistanın əleyhinə olmasın”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, əgər mövqelər yaxın olarsa, o zaman sülh prosesi irəliləyə bilər: “Nəzərə alaq ki, Brüsseldə sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə yanaşı, həm də kommunikasiyaların açılması məsələsində də razılıq əldə olunub. Bu da sülh prosesini inkişaf etdirə bilər”.
Onun sözlərinə görə, amma digər tərəfdən, Paşinyanın açıqlamalarına ən çox etiraz Rusiya mediasından gəlir, nəinki Ermənistan mediasından. Rusiya mediası yenə onu xəyanətkar, satqın adlandırır və erməni maraqlarını satmaqda ittiham edir.
“Ona görə də ola bilsin ki, Moskva görüşü və Rusiyanın şərtləri sülh prosesinə mane olsun. Ancaq istənilən halda, bu, sülh prosesi istiqamətində atılmış mühüm addımdır”, - deyə Turan Rzayev qeyd edib.
Cavad
















