• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıt-Bakı qatarında sərnişinlər ayaq üstə qaldı - SƏBƏBİ.. 

CƏMİYYƏT

21 Oktyabr 2021 | 10:10

Sumqayıt-Bakı qatarında sərnişinlər ayaq üstə qaldı - SƏBƏBİ..

Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb.

Bakıvaxtı.az unikal.org-a istinadən xəbər verir ki, biznes-klas vaqonu üçün sərnişinlərə ümumi tutumundan çox bilet satılıb. Nəticədə 15-dək sərnişin ayaq üstə qalıb.

Qatar bələdçiləri bunu xəttə yenicə qoşulan Bakı - Gəncə qatarının biznes-klas vaqonundakı sərnişin yerlərinin Sumqayıt - Bakı qatarındakı sərnişin yerlərindən çox olması ilə əlaqələndiriblər. Belə aydın olub ki, məsul şəxslər bu məqamlı nəzərə almadan biznes-klasdakı ümumi sərnişin sayını Bakı - Gəncə qatarındakı qədər götürüblər və daha artıq bilet satıblar.

Bələdçilər artıq məsələdən rəhbərliyin də məlumatlı olduğunu əlavə ediblər. Onlar problemin həll yolu kimi sərnişinlərə qaynar xəttə zəng etməyi məsləhət görüblər. Lakin biznes-klas çekləri sərnişinlərə qaytarılmayıb.

Qeyd edək ki, Sumqayıt - Bakı qatarında biznes-klas vaqonunda gediş haqqı 2 manat, adi vaqonda gediş haqqı isə 1 manatdır.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026