Azərbaycan xalqının ən faciəli günlərindən biri 20 noyabr 1991-ci ildə Qarakənd üzərində dəyərli Azərbaycanlıların olduğu helikopterin vurulmasıdır. Bu barədə əsl həqiqətlərin üzə çıxması üçün hələ zaman yetişməyib və bu barədə bütün bu günə qədər yazılanlara inanmıram. Mən bir müəmma barədə yazmaq istəyirəm.
Bu gün hadisə barədə yazanda araşdırmaçılar Helikopteri sürən Genadi Domov ilə bort texniki Genadi Dolqovu eyni adam kimi yazırlar. Lakin bu şəxslər ayrı ayrı adamlardır. Genadi Dolqov Qazaxıstandan Azərbaycana gəlib və faciədə ölüb, hazırda onun məzarı Ukraynadır. Burda müəmmalı şəxs, əsas şəxslərin olduğu helikopteri sürən Genadi Domovdur. Bu şəxs barədə çox vaxtı araşdırmaçılar ya yuxarıda adını yazdığım şəxslə eyniləşdirlər, ya da bu adamı sanki görməzdən gəlirlər. Genadi Domov barədə araşdırma aparanda qarşımıza çıxan məlumatda yazılır:
"kapitan Gennadi Domov adlı pilot 1984- cü il martın 26-da Əfqanıstanın Cəlalabad vilayətində “İslam cəmiyyəti”-nin Mömin Camalxanındəstəsi tərəfindən idarə etdiyi Mİ-8 helikopteri ilə birgə vurularaq öldürülüb."
Burada əsas müəmma da budur. 1984-cü ildə ölümü rəsmən təsdiqlənən bu helikopter sürən 1991-ci ildə Ağdamda necə peyda oldu və əmrə tabe olmadan o, heç bir silahla təmin olmayan helikopteri havaya qaldırdı.
Hadisə gününə nəzər salaq.
1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterdən N69 vertolyotu əsas olmalı, onu iki nəfər- 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi. İkinci helikopter Mİ-8 N72 isə birincini müşaiyət etməli idi. Amma ikinci helikopteri müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.
Mİ-8 N72 helikopterində yanğından əvvəl atışma olub. İlk atəşi böyük ehtimallara görə, helikopteri idarə edən Gennadi Domov açıb. Bunu yanıb dağılmış helikopterin qalıqlarında içəridən açılan güllələrin diametri, açıq yerləri təsdiqləyir. (İstintaq sənədlərində bu, aydın görünür)......
Və müəmma burda yaranır...hadisə yerində tapılan cəsədlər içərisində onunku tapılmır. Sanki yer ayrılır, o içinə girir..Və bundan sonra onun barəsində heç bir məlumat verilmir .
Müəmmalardan biri də heç bir sənədlərdə qeydiyyata düşməyən bu şəxsin Azərbaycana, ordan da Ağdama kimlər gətirib, kimlər onu sükan arxasında oturması əmrini verir və kimlər sonra onu aradan sağ salamat çıxarır...
Yəgin ki, biz bu suala nə zamansa cavab tapacıq.
Dosent Zaur Əliyev
















