• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sumqayıt-Bakı qatarında nə baş verdi? - SƏRNİŞİNLƏR DÜŞÜRÜLDÜ 

CƏMİYYƏT

04 Oktyabr 2024 | 09:06 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıt-Bakı qatarında nə baş verdi? - SƏRNİŞİNLƏR DÜŞÜRÜLDÜ

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Bakıvaxtı.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadla xəbər verir.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026