• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizləndi

CƏMİYYƏT

16 Iyun 2021 | 14:04

Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizləndi

Sumqayıt şəhəri, Spartak adına mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 şam ağacının gövdəsinin stadionun işçiləri tərəfindən bəzək məqsədilə süni örtüklə örtüldüyü müəyyən edilib.

Mütəxəssislər tərəfindən ağaclara keçirilən baxış zamanı ağacların bioloji inkişafda olduğu məlum olub. Xidmətin əməkdaşlarının nəzarəti altında stadion işçiləri tərəfindən ağacların gövdəsi süni örtükdən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR