• Bakı 14° C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO

HADİSƏ

24 Sentyabr 2024 | 13:47

Sumqayıtda məktəbi dərmanladılar, şagirdlər zəhərləndi - VİDEO

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi bit, birə basıb.

Bu səbəbdən məktəbdə dərmanlama işləri aparılıb. Dərman səpiləndən sonra uşaqların əksəriyyəti zəhərləniblər.

Bakıvaxtı.az xəbər verir ki, vu barədə Bakupost.az -a övladları sözügedən məktəbdə təhsil alan uşaqların valideynləri bildirib.

Övladı məktəbdə zəhərlənən valideyn deyib:

"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki,uşaqların halı pisləşər! 6-7 saat orda qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir".

Valideynlər bir məsələdən də şikayətçidirlər.

İddia edirlər ki, məktəbin direktoru Fatma Bayramova 1 həftədən çoxdur ki, bu vəziyyəti gizlədir.

Ətraflı BTV-nin süjütində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR