• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

28 yaşlı gənci "tok" vurub öldürdü

HADİSƏ

24 Oktyabr 2024 | 10:33

28 yaşlı gənci "tok" vurub öldürdü

Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxt.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən “ANT” sement zavodunda “Azərişıq” ASC-nin işçisini cərəyan vurub.

Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.

ASC əməkdaşı hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026