• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Daşkəsəndə mənzildə QAZ PARTLADI: xəsarət alan var - YENİLƏNİB

HADİSƏ

24 Oktyabr 2024 | 10:30 | Müəllif: Qalib İbrahimoğlu

Daşkəsəndə mənzildə QAZ PARTLADI: xəsarət alan var - YENİLƏNİB

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu bu gün saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

07:46

​​​​​​Daşkəsəndə mənzildə qaz partlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026