• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sumqayıtdakı yanğın Rusiyanın təxribatıdır? - AÇIQLAMA

CƏMİYYƏT

29 Aprel 2022 | 11:54

Sumqayıtdakı yanğın Rusiyanın təxribatıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün 17:00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

“Ümid” Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, yanğın tək şirkət məsuliyyətsizliyindən yox, Rusiyanın təxribatı nəticəsində də baş vermiş ola bilər və buna görə də hüquq-mühafizə orqanları məsələyə həssas yanaşıb daha dəqiq araşdırmalıdırlar. Partiya rəhbəri xatırladıb ki, dünən Sumqayıtdan Uraynaya “Azərsun” Holdinqin istehsal etdiyi məhsullar humanitar yardım kimi göndərilib.

Deputat Aqil Abbas Bakıvaxtı.az-a bildirib ki, İqbal Ağazadə öz mülahizələrini söyləyib, hadisənin nədən baş verdiyini hüquq-mühafizə orqanları araşdırdıqdan sonra bəli olacaq:

“Hadisənin təxribat olub-olmamasını hüquq-mühafizə orqanları aydınlaşdıra bilər. Mən peyğəmbərlik edib əvvəlcədən söz danışa bilmərəm. Hadisə ilə bağlı cinayət işi açılıb. Nəticədə məlum olacaq ki, bu, şirkətin məsuliyyətsizliyidir, yoxsa təxribatdır”.

Nuranə Daxilqızı  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026