• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Süni intellekt xərçəng xəstələrinin qalan ömrünü hesabladı

CƏMİYYƏT

23 Oktyabr 2023 | 17:10

Süni intellekt xərçəng xəstələrinin qalan ömrünü hesabladı

ABŞ-da tədqiqatçılar xərçəng diaqnozu qoyulmuş xəstələrin qalan ömrünü proqnozlaşdırmaq üçün süni intellektə əsaslanan alət hazırlayıblar.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İllinoys ştatındakı Northwestern Universitetinin Tibb Mərkəzindəki tədqiqatçılar 2015-2017-ci illər arasında xərçəng diaqnozu qoyulmuş 260 min döş, 77 min tiroid və 85 min mədəaltı vəzi xərçəngi xəstəsindən əldə edilən məlumatları araşdırıblar.

Tədqiqatçılar toplanmış məlumatların 3/4-dən süni intellekt alətini öyrətmək, qalan məlumatı isə süni intellektin xəstələrin qalan ömrünü hesablaması üçün istifadə ediblər. Araşdırmanı aparan Lauren Janczewski süni intellektin xərçəng xəstələrinin ömrünü hesabladığını açıqlayıb.

Janczewski süni intellektin xəstənin sağlamlıq vəziyyətinə ən çox təsir edən şiş və müalicə xüsusiyyətlərini nəzərə alaraq fərdi və xəstəyə xas ömür müddəti təyin etdiyini, məlumat modelləşdirmə prosesinin sürətləndirildiyini və dəqiqlik nisbətinin artırıldığını qeyd edib.

Tədqiqatçılar diaqnozdan sonra 5 il ərzində xəstələrin sağlamlıq vəziyyətinə ən çox təsir edən dörd faktoru sadaladılar. Bunlar döş xərçəngi üçün əməliyyat olub-olmaması, xəstənin yaşı, şişin ölçüsü və diaqnozdan müalicəyə qədər olan müddət kimi sıralanır.

Qalxanabənzər vəzi xərçəngi olan xəstələrdə diaqnoz qoyulma yaşı, şiş ölçüsü, müalicə müddəti və limfa düyünlərinin tutulması ən çox təsir edən faktorlardandır.

Mədəaltı vəzi xərçəngi xəstələrində xərçəng əməliyyatı olub-olmamasının vacibliyi, xərçəngin mikroskopik analizi, şişin ölçüsü və diaqnoz qoyulma yaşı xüsusi vurğulanıb.

Tədqiqatçılar döş, tiroid və mədəaltı vəzi xərçənglərində şiş və müalicədəki fərqlərin xəstənin qalan ömrünə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıblar.

Qeyd edək ki, tədqiqatın nəticələri "Amerika Cərrahlar Kolleci (ACS) 2023 Klinik Konqresi"ndə təqdim olunub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026