"Təbiətin bir qaydası var: İnsan bədəni isti mühitdən soyuğa keçərkən hüceyrələrimiz o mühitə adaptasiya olmaq üçün ciddi şəkildə enerji sərf edir".
Bakıvaxtı.azxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev məlumat verib.
Onun sözlərinə görə, bu zaman immun sistemi zəifləyir.
Həkim deyib ki, bütün xəstəliklərin başında stress gəlir: “İmmun sistemini gücləndirmək üçün stressdən uzaq olmalı, yuxu rejimimizi qaydaya salmalı, balanslı və mövsümə uyğun qidalanmalı, bol su içməliyik”.
“Bir insanda hər hansı xroniki xəstəlik varsa, mütləq fəsil dəyişməzdən əvvəl həkimə müraciət etməlidir", - deyə Zakir Quliyev əlavə edib.
Aytac Aslan
















