• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

XƏBƏRDARLIQ: Vəziyyət epidemik səddən artıqdır

CƏMİYYƏT

22 Dekabr 2023 | 14:50

XƏBƏRDARLIQ: Vəziyyət epidemik səddən artıqdır

Qızılca xəstəliyi ilə əlaqədar hazırki vəziyyət epidemik səddən artıqdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu epidemioloq Nigar Mütəllibova deyib.

O bildirib ki, hazırda epidemioloji vəziyyət nəzarət altındadır, peyvəndləmə işləri davam etdirilir:

"Hazırkı vəziyyət epidemik səddən artıqdır, lakin bir az stabilləşməni də müşahidə edirik. Peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunma tendensiyasını müşahidə edirik. Prosesdən kənarda qalmış uşaqlar peyvənd üçün mütləq gətirilməlidir. Əvvəl peyvənd olunmuş, lakin yenidən peyvəndə ehtiyac olan uşaqlar da bu prosesdən kənarda qalmamalıdır. Qarşıdan yeni il şənliyi gəlir. Valideynləri uşaqların sıx toplaşdığı yerlərdən kənar durmağa çağırırıq"./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026