• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Fransa ilə birgə silah istehsalına hazırıq

CƏMİYYƏT

22 Dekabr 2023 | 15:06

Fransa ilə birgə silah istehsalına hazırıq

Ukraynanın müdafiə naziri Rustem Umerov Fransa şirkətlərini Ukraynada silah istehsal etməyə çağırıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevdə bir qrup fransalı deputatla görüşən Umerov görüşdən sonra sosial media hesabında Ukrayna ilə Fransanın birgə silah istehsalının əhəmiyyətinə toxunub.

R.Umerov "Biz Fransanın müdafiə şirkətlərinə dedik ki, birgə istehsala hazırıq. Qoy silahları Ukraynada istehsal etsinlər. Bu, çox vacibdir", - deyə qeyd edib.

Xatırladaq ki, Ukrayna hökuməti əvvəllər Fransa istehsalı olan SEZAR zirehli haubitsaları üçün Parisə pul ödəmişdi.

Fransa şirkətləri Ukraynaya top və haubitsa sursatlarının ixracını davam etdirir.

Ay Tac

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026