Suriyada ən çətin humanitar vəziyyət Dəməşqin nəzarətində olmayan ərazilərdədir, məsuliyyəti isə onları həqiqətən işğal edən ölkələr daşıyır.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.
"Paradoksaldır, amma həqiqətdir: Suriya əhalisinin həyatında ciddi bir pisləşmə məhz son bir ildə qarşıdurmanın əhəmiyyətli dərəcədə azaldığı bir vaxtda müşahidə edildi. Həm də ən çətin durum şimal-qərb və şimal-şərqdə - Şamın nəzarətində olmayan bölgələrdə hökm sürür", - Verşin bildirib./axar/
















