• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Suriyada terrorçular hərbçiləri pusquya saldı - 13 nəfər həlak oldu

DÜNYA

14 Noyabr 2021 | 15:38

Suriyada terrorçular hərbçiləri pusquya saldı - 13 nəfər həlak oldu

Suriyanın Deyr əz-Zor əyalətində terrorçular ölkə ordusunun hərbçilərini və “milli müdafiə qüvvələri”nin silahlılarını pusquya salıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, pusqu zamanı azı 13 hərbçi öldürülüb. Qeyd edilir ki, hərbçilər Misrab rayonunda İŞİD silahlıları tərəfindən pusquya salınıb.

Hökumət qüvvələri terrorçuları geri oturdublar və onları səhranın dərinliklərinə çəkilməyə məcbur ediblər. Atışma zamanı habelə bir neçə hərbçi xəsarət alıb. Onların sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026