• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Tiflisdən "3+3" formatlı ilk görüşlə bağlı ETİRAZ

DÜNYA

14 Dekabr 2021 | 00:33 | Müəllif: Subhan Mahmudov

Tiflisdən "3+3" formatlı ilk görüşlə bağlı ETİRAZ

“3+3” formatı çərçivəsində dekabrın 10-da Moskvada keçirilmiş məsləhətləşmələrdə dövlət bayrağının istifadəsini qəbuledilməz hesab edirik.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib:

“Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.

Qeyd edək ki, Moskva toplantısında Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya təmsil olunub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR