• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Pakistanda 1,4 milyon əfqan qaçqın var

DÜNYA

12 Yanvar 2022 | 22:10 | Müəllif: Subhan Mahmudov

Pakistanda 1,4 milyon əfqan qaçqın var

Son məlumata görə, Pakistanda rəsmi olaraq qeydə alınan 1,4 milyon əfqan qaçqın var.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarının yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, ötən il aprelin 15-dən dekabrın 31-dək Pakistanda Əfqanıstan qaçqınlarının siyahıya alınması ilə bağlı aparılan kampaniya uğurla başa çatıb, qaçqınlara vəsiqələr - "smart-kart" təqdim edilib. İçərisində beş yaşınadək 200 min uşaq olmaqla ümumilikdə yeni qeydə alınan 700 min qaçqına vəsiqələr təqdim olunub.

Vəsiqələrdə hər bir qaçqın haqqında biometrik göstəricilər yer alıb. Bu vəsiqə vasitəsilə səhiyyə və tədris müəssisələrində, banklarda qaçqınlara lazimi xidmət göstəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026