• Bakı C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Surqut aeroportunda 10-dan çox reys gecikib

DÜNYA

10 Yanvar 2025 | 10:34

Surqut aeroportunda 10-dan çox reys gecikib

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Surqut aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Surqut aeroportunun onlayn tablosuna əsasən, 13 reys uçuşu, 4 reys isə gəlişi gözləyir. Belə ki, Moskvaya olan reys təxminən 17 saat, Ufaya - 6 saat, Bişkekə - 7 saat, Tümenə isə 4,5 saat gecikib.

"Reyslər hava şəraitinin əlverişsiz olması, yəni güclü qar səbəbindən gecikib", - məlumatda bildirilib.

Hazırda Surqutda güclü qar yağır, şəhərdə çovğundur. Bələdiyyə başçısı Maksim Slepov öz “Telegram” kanalında qeyd edib ki, əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi proqnozlaşdırılır.


SON XƏBƏRLƏR