• Bakı C

    9.93 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Sürücülərin NƏZƏRİNƏ! - Bakı-Ələt-Hacıqabul yolunda...

CƏMİYYƏT

06 Avqust 2025 | 14:47

Sürücülərin NƏZƏRİNƏ! - Bakı-Ələt-Hacıqabul yolunda...

Bakı-Ələt-Hacıqabul avtomobil yolunda təmir işlərinə start verilməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 97-104-ci kilometrliyində məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, adı çəkilən magistral yolun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

    Ötən gündən başlayaraq BDYP-nin Nəvahi YPX-nin yaxınlığından Qazax istiqamətində yerləşən aralıqda asfalt yolunun qaşınması həyata keçirilir.

    Həmin intervalda Bakı-Qazax istiqamətində yol tam bağlanıb. Yolun Qazax-Bakı istiqaməti hissəsində hərəkət ikitərəfli şəkildə həyata keçirilir.

    Hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtoobillərin hərəkətini tənzimləyən bütün zəruri yol nişanları yerləşdirlib. Həmin intervalda sürət həddi 50 km/saata endirlib. BDYP təmir müddətində sürücüləri diqqətli olmağa çağırır.

    Hərəkətin məhdudlaşdırılması yolda aparılan təmir işləri bitənədək qüvvədə olacaq.

    Bakı-Ələt-Hacıqabul avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti aparılan təmir işlərindən asılı olaraq mərhələli şəkildə məhdudlaşdırılacaq.


    SON XƏBƏRLƏR

    08 Dekabr 2025