• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sürücülərin NƏZƏRİNƏ - Dumanlı hava şəraitində...

CƏMİYYƏT

17 Dekabr 2022 | 13:54

Sürücülərin NƏZƏRİNƏ - Dumanlı hava şəraitində...

Daxili İşlər Nazirliyi (DİN) dumanlı hava ilə bağlı Bakıda və Abşeron yarımadasında görünüş məsafəsinin 200-600 metrədək məhdudlaşması ilə bağlı sürücülərə müraciət edib.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, sürücülər dumanlı havanı nəzərə almalı, nəqliyyat vasitələrini diqqətli idarə etməlidirlər:

“Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur”.

Nazirlik bugünlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsinin məqsədəuyğun hesab edildiyini qeyd edib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 19-dək hava şəraitinin dumanlı olacağı ilə bağlı məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026