Martın 1-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görmə məsafəsinin 100-500 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Verilən məlumata görə, şaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
















