• Bakı 19° C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Şuşada seysmoloji stansiya qurulub

Gündəm

10 May 2024 | 10:26

Şuşada seysmoloji stansiya qurulub

Şuşada seysmoloji stansiyanın qurulması ilə bağlı işlər başa çatıb, hazırda abadlıq işləri qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib:

"Bu, Azərbaycanda dördüncü quyudibi stansiya olacaq, 100 metr dərinlikdə yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacağıq. Əhali köçdükcə orada işlə təmin olunacaq".


SON XƏBƏRLƏR