• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı

CƏMİYYƏT

27 Sentyabr 2023 | 12:05

Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı

Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Anım mərasimləri şəhərin müxtəlif məkanlarında baş tutub. Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal veriblər.

Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026