• Bakı 21° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Süveyşdə növbə gözləyən gəmilər kanaldan keçdi

DÜNYA

04 Aprel 2021 | 09:30

Süveyşdə növbə gözləyən gəmilər kanaldan keçdi

“Ever Given” konteyner gəmisinin saya oturması ilə əlaqədar Süveyş kanalında növbə gözləmək məcburiyyətində qalan bütün gəmilərin kanaldan keçidi tam təmin olunub.

Bakıvaxtı.az "El Balad” agentliyinə istinadən xəbər verir ki, bu barədə Süveyş Kanal İdarəsinin rəhbəri Usame Rabi məlumat yayıb.

O bildirib ki, kanalın bağlı qaldığı altı gündə Süveyşin şimal və cənub sahillərində ümumilikdə 422 gəmi növbə gözləyirdi.

Xatırladaq ki, martın 23-də Panama bayrağı altında Çindən Rotterdama gedən və göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında qum fırtınası zamanı kursu itirib və saya oturub.

Nəticədə kanalda hərəkət tamamilə bloklanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026