• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Avropaya giriş qaydaları sadələşdirilir?

DÜNYA

03 May 2021 | 19:16

Avropaya giriş qaydaları sadələşdirilir?

Avropa Komissiyası üzv ölkələrə giriş qaydalarını sadələşdirməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bu gün Komissiya üzv ölkələri vaksinasiyada irəliləyiş və dünyadakı epidemioloji vəziyyətin yaxşılaşdırılması nəzərə alınmaqla Avropa İttifaqına səyahətlərdəki mövcud məhdudiyyətləri azaltmağa dəvət edir”, - deyə sənəddə qeyd olunur.

Bildirilir ki, yalnız əlverişli epidemioloji vəziyyəti olan ölkələrdən deyil, həm də səfərdən iki həftə əvvəl koronavirus peyvəndinin iki mərhələsindən keçənlərə də icazə verilməsi təklif olunub.

Belə olan halda peyvənd Avropa tənzimləyicisi tərəfindən təsdiqlənmiş olmalıdır.

Üzv dövlətlərin ÜST-nin təcili istifadə siyahısına daxil olan dərmanla vaksinasiya olunanlara da icazə verə biləcəyi açıqlanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026