• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyan müxalifətə xəbərdarlıq etdi - Ehtiyat plan var

DÜNYA

03 May 2021 | 14:41

Paşinyan müxalifətə xəbərdarlıq etdi - Ehtiyat plan var

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müxalifət qüvvələrinə parlamentdə hökumət başçısı seçkisi ilə bağlı razılaşmanı pozmağa çalışmamaq barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paşinyan parlamentdə keçirilən növbədənkənar iclasda bildirib.

Paşinyan deyib ki, hakim qüvvə ölkənin digər parlament partiyalarının rəhbərliyi və ölkə prezidenti ilə əldə edilən razılığı yerinə yetirmək niyyətindədir.

"Son vaxtlar ikinci mərhələdə bəzi qüvvələrin fərqli bir ssenari tətbiq etməyə çalışacağı barədə çoxlu fikirlər səslənir. Razılaşmanı pozmağa cəhd olsa, bizim hazır qərarımız var – belə halda baş naziri “Mənim addımım” seçəcək”, - Paşinyan əlavə edib.

Qeyd edək ki, erkən seçkilər üçün parlamentin iki dəfə baş naziri seçməməsi lazımdır, bundan sonra qanunverici orqan buraxılacaq.(azvison.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026