• Bakı 12° C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

"Air Astana" aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

CƏMİYYƏT

12 Iyul 2023 | 18:34 | Müəllif: Subhan Mahmudov

"Air Astana" aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

"Air Astana" aviaşirkətinin Şarm-əl-Şeyx - Atırau reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

Bakıvaxtı.az xəbər verir ki, "Airbus A320neo" təyyarəsi yerli vaxtı ilə saat 16:50-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR