• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tacikistan nümayəndə heyəti DOST Mərkəzində oldu

CƏMİYYƏT

27 Fevral 2024 | 18:02

Tacikistan nümayəndə heyəti DOST Mərkəzində oldu

Tacikistan  Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyətinə DOST Agentliyi və mərkəzlərinin dövlət sosial xidmətlərinə gətirdiyi və vətəndaş məmnunluğuna imkan yaradan mühüm innovasiyalar barədə məlumat verilib. Qeyd edilib ki, DOST mərkəzlərində sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DOST Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən DOST konsepsiyasına dair təqdimat edilib.

DOST modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilərək 20-dən çox beynəlxalq mükafata layiq görüldüyü qeyd olunub. Bir sıra ölkələrin DOST təcrübəsinin tətbiqində maraqlı olduqları və həmin ölkələrin müvafiq qurumları ilə bu sahədə təcrübəmizin bölüşülməsi istiqamətində işlərin aparıldığı diqqətə çatdırılıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024