• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verdi

DÜNYA

17 Yanvar 2022 | 14:20

Tailandda “Omikron”dan ilk ölüm hadisəsi baş verdi

Tailand hökuməti koronavirusun “Omikron” ştamından iki nəfərin öldüyünü bildirib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi mətbuat katibinin müavini Natapanu Nopakun brifinqdə açıqlayıb.

Belə ki, yanvarın 12-də bir sıra xroniki xəstəlikləri olduğu 86 yaşlı qadın, ayın 15-də isə ağciyər xərçəngi xəstəsi 84 yaşlı qadın dünyasını dəyişib.

Koronavirusa ilk yoluxmanın 2020-ci il yanvarın 13-də qeydə alındığı ölkədə indiyədək 2,33 milyon nəfər yoluxub ki, bunların 21,9 mini ölüb. Hazırda 70 milyonluq əhalinin 47,5 milyonu tam peyvənd olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR