• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Soyuq havalarda əlyandıran taksi qiymətləri: Belə olmalıdır?

CƏMİYYƏT

16 Yanvar 2024 | 13:10

Soyuq havalarda əlyandıran taksi qiymətləri: Belə olmalıdır?

Havalar soyuduqca taksi xidmətindən istifadə edənlər qiymətlərin artmasından şikayətlənirlər.

Nəqliyyat ekspertləri Aslan Əsədov və Eldəniz Cəfərov sərnişinləri narahat edən bu məsələ ilə bağlı Bakıvaxtı.az-a danışıblar.

A.Əsədov bildirib ki, soyuq hava şəraitlərində taksi qiymətlərinin artması ürəkaçan deyil. Qiymətlər belə oynaq olmamalıdır:

“Qiymətlərin hava şəraitindən asılı olaraq dəfələrlə qalxması əhalinin müxtəlif sosial təbəqələrinə də təsir edir. Düzdür, qarlı hava şəraitində avtomobillərin idarə edilməsi çətindir, bu, başa düşüləndir. Amma bu sürücülərin öz işidir. Təkcə qarlı havalarda deyil, istirahət günlərində, bayram günlərində də qiymət artımının şahidi oluruq. Burada xarici ölkələrin təcrübələrindən istifadə etmək olar: Xarici ölkələrdə taksi xidmətləri bayram günlərində, insanların istirahət günlərində endirim kompaniyaları tətbiq edirlər. Standart qiymətlər paketi olduğu üçün orada heç bir qiymət artımından söhbət gedə bilməz. Gələcəkdə belə bir addımların atılması bizdə də zəruri olacaq. Bunun üçün çalışmaq lazımdır”. 

 

Eldəniz Cəfərov isə bunun tamamilə normal olduğunu vurğulayıb: 

“Taksi qiymətləri Nazirlər Kabinetinin 2019-cu ildəki qərarına əsasən tənzimlənir. Bu reqlamentə görə taksi qiymətləri 1 manat 50 qəpikdən başlayır. Buna baxmayaraq, 2023-cü ilin yayında taksi şirkətləri sövdələşərək bu qiyməti 2 manat 50 qəpiyə yüksəldiblər. Qeyd etmək lazımdır ki, taksi qiymətləri fiks qiymətlər deyil. Bu tarif ilin mövsümünə, günün saatlarına görə dəyişə bilir. Tələb təklif əsasında formalaşır. Ona görə də tələb artıqda tarif dəyişə bilər. Bu, qeyri-qanuni sayıla bilməz və bütün dünyada belədir”.

Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video

Günəş Mərd 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR